00:00:00
Yazar
Admin User
23.05.2023 19:42 300 1 dəq oxuma
Dünya

Avropa İttifaqı yenidən Ukraynaya hərbi yardım göndərəcək

Avropa İttifaqı yenidən Ukraynaya hərbi yardım göndərəcək

Avropa İttifaqı (Aİ) Ukraynaya 220 min artilleriya mərmisi və 1300 raket tədarük etdiyini açıqlayıb.

 

İnformator.az CNN-ə istinadən xəbər verir ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Belçikanın paytaxtı Brüsseldə keçirilən Aİ Müdafiə Nazirləri Toplantısından sonra açıqlama verib. Borrell Aİ ölkələrinin martın 20-də qəbul etdiyi 3 mərhələli plan çərçivəsində Ukraynaya 220 min artilleriya mərmisi və 1300 raket göndərildiyini bildirib.


Qeyd edək ki, Aİ-nin ən azı 2 milyard avro dəyərində olan 3 mərhələli planının birinci mərhələsi Aİ üzvlərinin ehtiyatlarından Ukraynaya sursat göndərilməsini, ikinci mərhələyə ölkələrin birgə sifarişlərini, üçüncü mərhələyə isə silah istehsal gücünün artırılması daxildir.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər