00:00:00
Yazar
Admin User
19.06.2023 15:07 252 1 dəq oxuma
Dünya

Avropa ən sürətlə isinən qitə oldu

Avropa ən sürətlə isinən qitə oldu

Avropanın yer üzündə ən sürətlə isinən qitə olduğu və 1980-ci illərdən bəri temperatur artımının qlobal orta göstəricidən iki dəfə artıq olduğu açıqlanıb.

 

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Dünya Meteorologiya Təşkilatı və Avropa İttifaqının (Aİ) Kopernik İqlim Dəyişikliyi Xidmətinin “Avropada İqlim Vəziyyəti 2022” adlı hesabatı dərc olunub. Hesabata görə, 2022-ci ildə Avropada orta hava istiliyi, xüsusilə qitənin qərb və cənub-qərbində yerləşən ölkələrdə rekord temperatur olaraq qeydə alınıb. 

 

Ötən ilin ən isti yayı yaşayan Avropanın bir çox ölkəsində isti dalğaları müşahidə edilərkən, İngiltərədə havanın temperaturu ilk dəfə 40 dərəcəni keçib. Avropada hər 10 ildən bir havanın temperaturu 0,5 dərəcə artıb. Bu, 1980-ci illərdən bəri qlobal orta göstəricidən iki dəfə yüksək olaraq qeydə alınıb.

 

Şəbnəm

Fidan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər