Avropa parlamenti Rusiyadan qaz idxalının sonlandırılmasını təsdiqləyib
Avropa Parlamenti (AP) 2027-ci ilin payızına qədər Avropa Birliyi (AB) ölkələrinin Rusiyadan təbii qaz və mayeləşdirilən təbii qaz (LNG) idxalının tədricən dayandırılmasını tələb edən qanunvericilik aktını qəbul edib.
Strasburqda keçirilən plenar iclasda AP Rusiyadan təbii qaz idxalının tədricən dayandırılmasını hədəfləyən qanunvericiliyi müzakirə edib. AP üzvləri 2026-cı ildən etibarən boru kəməri və mayeləşdirilmən təbii qaz idxalına mərhələli qadağa qoyulmasını nəzərdə tutan qanunu təsdiqləyiblər. 500 səs lehinə, 120 səs əleyhinə idi.
Müvafiq olaraq, AB Rusiyadan LNG idxalını 2026-cı ilin sonuna qədər, boru kəməri qazı idxalını isə 30 sentyabr 2027-ci ilə qədər dayandıracaq.
Bu mərhələdən sonra qanunu AB Şurası təsdiqlədikdən və AB-nin Rəsmi Jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək. AB-nin Rusiyadan boru kəməri ilə LNG və təbii qaz idxalı müharibədən əvvəlki 45 faizdən bu yaxınlarda 12 faizə düşüb.
TRT Xəbər
Xədicə Məhərrəmli
