Avstraliya nasist simvollarını qadağan edir
Avstraliya nasist simvollarına milli qadağa tətbiq edəcəyini açıqlayıb.
İnformator.az NTV-yə istinadən xəbər verir ki, Svastika və ya SS simvollarının açıq nümayişi bir ilə qədər həbslə cəzalandırılır. Amma yeni qanunlar "nasist salamını" əhatə etmir. Bu addım ölkədə son aylarda ifrat mühafizəkar fəaliyyətlərin yenidən canlanmasından sonra atılıb.
“Biz daha insanların nasistləri və onların şər ideologiyasını tərənnüm edən əşyaların nümayişindən və satışından qazanc əldə etməsinə icazə verməyəcəyik” deyə baş prokuror Dreyfus açıqlamasında bildirib. O, əlavə edib ki, qadağa bayraqların, qolbaqların, köynəklərin, nişanların ticarəti və ictimaiyyətə nümayişini və nasist ideologiyasını dəstəkləyən simvolların internetdə yerləşdirilməsini əhatə edir.
Açıqlamada nasist svastikası və SS simvollarının akademik, təhsil, bədii, ədəbi, publisistik və ya elmi məqsədlər üçün açıq nümayişinə icazə veriləcəyi də ifadə olunub.
Nigar
