Avstraliya Tvitterə 28 gün vaxt verdi: Nifrət paylaşımlarını silin!
Avstraliya Tvitterdə artan "nifrət nitqi"nə 28 gün ərzində müdaxilə edilməzsə, platformaya cərimə tətbiq ediləcəyini açıqlayıb.
İnformator.az TRT Haber-ə istinadən xəbər verir ki, Avstraliya Elektron Təhlükəsizliyi Ofisinin rəhbəri Julye İnman Qrant platformada nifrət nitqi ilə bağlı Tvitterə bildiriş göndərildiyini açıqlayıb. Qrant Tvitterin 28 gün ərzində nifrət nitqinə qarşı tədbir görmədiyi halda, gecikdirilən hər gün üçün 700 min Avstraliya dolları cərimələnəcəyini bildirib.
Avstraliyada hər 3 onlayn nifrət çıxışından birinin məsuliyyətini Tvitterin daşıdığını ifadə edən Qrant platformanın tədbir görməli və istifadəçilərini qoruması lazım olduğuna diqqət çəkib. Qrant İlon Maskın platformanı 2022-ci ildə satın almasından sonra nifrət nitqi ilə bağlı daha çox şikayət aldıqlarını qeyd edib.
Sayad
