Avstraliyanın "ən pis qadın qatili"nin günahsız olduğu bilindi
Bir vaxtlar "Avstraliyanın ən pis qatili" kimi tanınan Katlin Folbiq adlı qadının dörd azyaşlı övladını öldürmədiyi sübut olunub.
İnformator.az TRT Haber-ə istinadən xəbər verir ki, qadının körpələri öldürdüyü sübut olunduqdan sonra 20 il həbsdə yatıb. Amma son araşdırmalar nəticəsində körpələrin cinayət nəticəsində yox, təbii yolla öldüyü müəyyən edilib. 1989-1999-cu illərdə keçirilən bütün məhkəmə proseslərində uşaqları Folbiqqin boğduğu iddia edilib. Amma gen mutasiyaları ilə bağlı araşdırmalar hakimlərin qərarını dəyişib.
Əlli beş yaşlı Folbiqqin məhkəməsi Avstraliyanın ən böyük ədalət səhvlərindən biri kimi təsvir edilib. "Bu, onun üçün 20 illik bir sınaq oldu. Tezliklə, gələcək. Hüzur diləyirəm", - deyə məhkəmə hakimlərindən biri bildirib.
Fərahim Rzazadə
