Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı genişlənməkdədir
Azərbaycan öz müstəqillik tarixinin ötən dövrü ərzində təmsil olduğu bütün beynəlxalq təşkilatlarla münasibətlərdə daim ləyaqətli, səmimi, təşəbbüskar mövqedən çıxış edərək öz dövlət maraqlarını qorumaqla yanaşı, həmin təşkilatların fəaliyyətinə töhfə də verməyə çalışıb və buna nail olub.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib ki, Azərbaycan dövlət olaraq müstəqilliyini əldə etdikdən sonra sürətlə beynəlxalq qurumlara inteqrasiya olunmağa başlayıb:
"Təbii ki, ölkə dünyaya açılıb və yeni dünya qaydalarını qəbul edib. Faktiki olaraq, bu gün Azərbaycan məhz həmin siyasətin nəticəsi olaraq qlobal oyunçuya çevrilib. Dünyanın taleyinin həll olunduğu masalarda artıq bir qayda olaraq Azərbaycan da iştirak edir. Bu yanaşma və dövlət siyasəti Azərbaycanın həm daxili, həm də xarici məsələlərdə irəli getməsinə əlavə imkanlar yaradıb. Ölkənin iqtisadi inkişafına gəlincə isə, bu siyasət birbaşa töhfə verir. Xüsusilə də Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə fonunda Azərbaycan hazırda, xüsusilə, Avropa Birliyi ölkələri üçün mühüm enerji tərəfdaşına və alternativ mənbəyə çevrilib. Bu isə Azərbaycanın doğru və uzaq hədəflərə hesablanan siyasət yürütməsinin nəticəsidir. Demək olar ki, bu əməkdaşlıq Azərbaycanın həm siyasi, həm də iqtisadi inkişafında daha çevik davranması üçün əlavə imkanlar yaradır. Belə bir vəziyyətin Cənubi Qafqazda sabitliyə və təhlükəsizliyə təsiri də danılmazdır. Artıq dünyanın müxtəlif bölgələrində Cənubi Qafqazın əsas və strateji ölkəsi kimi Azərbaycan qəbul edilir. Regionla bağlı bir çox siyasi və iqtisadi hesablamalar məhz Azərbaycan üzərindən aparılır və qonşu dövlətlər də Cənubi Qafqazla bağlı məsələlərdə bu reallığı nəzərə almağa məcbur olurlar. Belə bir vəziyyətin Güney Qafqazda sabitliyə və təhlükəsizliyə təsiri də birmənalıdır. Çünki, dünyanın hər tərəfində artıq Güney Qafqazın klit ölkəsi olaraq Azərbaycanı görürlər. Yəni bütün hesablar Azərbaycan üzərindən aparılır, bütün qlobal oyunçular Güney Qafqazla bağlı məsələlərdə mütləq Azərbaycanın mövqeyini nəzərə alır. Azərbaycan da sabitliyə, inkişafa könül verən bir dövlətdir, ölkədir. Təbiidir ki, bu da bizim tərəfdaşlarımızı sevindirir. Onlar sabit, dayanıqlı, sülh içində olan dövlətlə iş birliyindən məmnundurlar. Azərbaycan bütövlükdə Güney Qafqazın sabitliyinə, təhlükəsizliyinə bu cür töhfə verir. Bunun nəticəsində, artıq uzun illər münaqişədə olduğumuz Ermənistanla belə münasibətlər normallaşır, Gürcüstanla onsuz da problemlərimiz yox sayıla bilər, yəni ciddi bir problemimiz yoxdur. Belə bir əməkdaşlıq bizi Güney Qafqazın klit ölkəsinə çevirib və bu da bütövlükdə, bölgənin təhlükəsizliyi, sabitliyi üçün vacibdir. Əlavə olaraq da, Azərbaycan sadəcə Güney Qafqaz deyil, həm də regionun digər ölkələri, xüsusən də, Orta Asiya ölkələri üçün əlavə imkanlar deməkdir. Azərbaycanla Avropa Birliyi ölkələri və bütövlükdə, Avropa Birliyinin özü ilə münasibətlər gələcəkdə artan xətt üzrə davam edəcək. Qeyd olunduğu kimi, artıq cənab Prezident İlham Əliyev də dəfələrlə müsahibələrində deyib. Azərbaycan Avropa Birliyi ölkələri üçün yanacaq təchizatında önə çıxıb. Özəlliklə də qaz təchizatında Azərbaycan Avropa bazarında özünə yer edib. Bundan Avropa Birliyi, Avropa ölkələri çox məmnundur. Azərbaycan onları bir növ ən çətin vəziyyətdən xilas edən ölkədir. Əlbəttə ki, bunu qiymətləndirirlər. Məhz bunu nəzərə alaraq, Avropa birliyi və ayrı-ayrı Avropa ölkələri Azərbaycanla bütün sahələrdə iş birliyinin dərinləşməsində maraqlıdırlar. Onlar arzu edirlər ki, Azərbaycan Avropaya daha sıx inteqrasiya etsin, Avropa Birliyi, eləcə də Avropa Birliyinin ayrı-ayrı üzvü olan dövlətlər Azərbaycanla çoxtərəfli və ikitərəfli münasibətlərin irəli aparılmasında maraqlıdırlar. Bu da bizim üçün əlavə imkanlar deməkdir. İstəyimiz odur ki, dinc, sülh içində, dayanıqlı bir inkişaf mərhələsində yaşayaq. Bu işdə Avropa Birliyi ilə iş birliyi ediriksə, bu bizim üçün də əlavə imkanlardır. Qarşılıqlı qazan-qazan prinsipi ilə hərəkət edirik, onlarda məmnundur, biz də".
Selcan Xudiyeva