Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istədiyini bildirib.
"İnformator.az" "Report"a istinadən xəbər verir ki, Ukrayna prezidenti jurnalistlərlə onlayn formatda təmasında NATO sammitində Azərbaycan və Türkiyəyə əməkdaşlığa görə təşəkkür etdiyini xatırladaraq, bunu təkrar etmək istədiyini qeyd edib.
"Azərbaycana təşəkkür etmək istərdim. Türkiyəyə də təşəkkür etmək istərdim. Biz həqiqətən müdafiə sferasında da işləməyə başlamışıq. Gəlin, mümkünsə, detallara varmayaq. Amma hər iki ölkə (Azərbaycan-Türkiyə - red.) ilə əməkdaşlıqda kifayət qədər sürətlə irəliləyirik. Liderlərə və ölkələrə dərin təşəkkür edirəm", – o deyib.