00:00:00
Yazar
Aysel Mirzəyeva
13.04.2026 21:49 24 2 dəq oxuma
Siyasət

“Azərbaycana qərəzli siyasət aparmaq düzgün deyil” - ŞƏRH

“Azərbaycana qərəzli siyasət aparmaq düzgün deyil” - ŞƏRH

Aprelin 12-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi fəaliyyətini bərpa edib. Səfirlik ilkin mərhələdə səfir daxil olmaqla, məhdud sayda diplomatik və inzibati heyətlə fəaliyyət göstərəcək.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan hər zaman İranla münasibətlərinin normal olması üçün çalışıb:

 

“Yəni digər qonşuları ilə də çox təəssüf ki, Ermənistanın Azərbaycanın işğalı nəticəsində 30 il ərzində biz bir qonşumuz - Ermənistanla müharibə şəraitində olduq. Ancaq indi sülhün əldə olunması istiqamətində real addımlar atılır. Bundan əvvəl də İrandan Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən şəxslərin çıxışları olub və müəyyən dərəcədə səhv addımlar atılır. İrandakı Azərbaycan səfirliyinə hücum məsələləri və digər hadisələr istər-istəməz iki ölkə arasındakı münasibətlərin gərginləşməsinə səbəb olurdu. Azərbaycan dövləti bu son müharibə dövründə İrana humanitar dəstək göstərməklə ilk yardım edən ölkələrdən biri olub”.

 

Həmçinin politoloq qeyd edib ki, faktiki olaraq Azərbaycan mehriban dostluq və qonşuluq münasibətlərinə sadiq olduğunu göstərib və səfirliyin bərpası ilə öz xoş niyyətini ifadə edib:

 

“Güman edirəm ki, bundan sonrakı mərhələdə İrandakı qüvvələr artıq başa düşəcəklər ki, hədə dilində danışmaq, Azərbaycana qarşı hər hansı qərəzli siyasət və kampaniya aparmaq düzgün deyil. İran dövləti öz daxilində Azərbaycana qarşı dil uzadanlara, elə fikirləşirəm ki, artıq cavab verməlidir və yəqin ki, verəcək. Çünki Azərbaycan ən çətin gündə humanitar baxımdan İranın yanında olub və bunu İran rəsmiləri dəfələrlə etiraf edərək Azərbaycana təşəkkür ediblər. Biz də İrandan bu xoş niyyəti gözləyirik. Səfirliyin bərpasından sonra ikitərəfli münasibətlərin normal şəkildə inkişafı üçün çox gözəl zəmin yaranıb və Azərbaycanın açdığı bu yolu İran tərəfi də davam etdirməlidir”.

 

Günel Əlili

#azərbaycan #deyil” #gündəm #aparmaq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər