00:00:00
Yazar
Nərmin Həşimova
23.04.2026 17:18 26 1 dəq oxuma
Sosial

Azərbaycanda hərbi xidmət müddəti azaldılacaq?- Ekspertdən AÇIQLAMA

Azərbaycanda hərbi xidmət müddəti azaldılacaq?- Ekspertdən AÇIQLAMA

Hərbi xidmət müddəti ilə bağlı müzakirələr son vaxtlar yenidən gündəmə gəlib. Xüsusilə ali təhsilli şəxslərin xidmət müddətinin azaldılması məsələsi ictimai debatlarda fərqli yanaşmalar doğurur. Bu mövzu ilə bağlı ekspert rəyləri məsələni daha geniş kontekstdə dəyərləndirməyin vacibliyini göstərir.    


Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bilidirib ki, universiteti yüksək balla bitirən məzunların hərbi xidmətdən azad olunması hazırda qanunvericilikdə nəzərdə tutulmayıb:


“Lakin onlar üçün Milli Müdafiə Universitetinin tərkibində xüsusi bölmələr yaradılıb ki, həmin gənclər çox qısa bir hərbi hazırlıq dövrü keçdikdən sonra intellektual bölmələrin tərkibində öz ixtisaslarına uyğun şəkildə hərbi xidmətlərini Bakı şəhərində davam etdirirlər. Bəzi çağırışçılar üçün eksteritorial prinsip tətbiq olunduğu halda, yüksək balla universiteti bitirən və intellektual bölmələrin tərkibində xidmət etmək hüququ qazanan çağırışçılar üçün Bakı şəhərində kifayət qədər rahat şəraitdə hərbi xidmətlərini davam etdirmək, öz bilik və bacarıqlarını dövlətimizin müdafiə və təhlükəsizlik istiqamətində tətbiq etmək üçün ideal şərait yaradılıb. Belə bir məsələnin hazırda müzakirəsi aparılmır, yəni hansısa bir yüksək balla universitetlərin müxtəlif pillələrini bitirən şəxslərin hərbi xidmətdən azad olunması müzakirə olunmur. Lakin elmi işlə məşğul olan, yəni doktorantura pilləsində əyani şəkildə təhsil alan və təyin olunan müddətdə bu təhsili başa vuran gənclər hərbi xidmətdən azad olunurlar”.


Nurgün Qənizadə

#hərbi xidmət #Azərbaycan #müddət #açıqlama
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər