00:00:00
Yazar
Elmira Ağayeva
01.05.2026 18:01 25 2 dəq oxuma
Sosial

Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyətə başlayır

 

 

Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyətə başlayır

2026-cı ildən Azərbaycanda özəl məhkəmə ekspertizası institutunun fəaliyyətə başlaması nəzərdə tutulur. Yeni sistem ekspertiza xidmətlərində alternativliyi artıracaq, prosesləri sürətləndirəcək və rəqabət mühiti formalaşdıracaq. Ekspertlər üçün ciddi peşə tələbləri, icbari təlim və vahid reyestr sistemi tətbiq olunacaq.

 

Mövzu ilə bağlı vəkil Zibeydə Sadıqova “İnformator.az”a açıqlamasında bildirib ki, “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026–2030-cu illər üçün Konsepsiya”sına əsasən, özəl məhkəmə ekspertizası institutunun inkişafı gözlənilir:

 

“Bu institutun inkişafında məqsəd özəl ekspertiza sahələrinin inkişaf etdirilməsidir.

Müsbət tərəflərindən biri odur ki, alternativ ekspertiza mərkəzləri olacaq. Bütün yük dövlət ekspertizasının üzərinə düşməyəcək. Özəl ekspertiza sahələrinin inkişafı vaxta qənaət etməyə imkan verəcək. Nəticədə məhkəmə proseslərində süründürməçilik, müddətin uzadılması halları səngiyəcək.

 

“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər üçün konkret hüquqi tələblər müəyyən edilir. Belə ki, ekspertlər müvafiq ixtisas üzrə ən azı 10 illik iş təcrübəsinə malik olmalı, yaxud fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinə və ya xüsusi biliklərini təsdiq edən beynəlxalq sənədlərə malik olmalıdır”.

 

Müsahibin sözlərinə görə, məhkəmələr artıq müstəqil ekspertiza rəylərinə istinad edir və əgər ziddiyyət yaranarsa və ya şübhə yaranarsa, məhkəmə digər ekspertiza rəyinin alınması üçün müraciət edə bilir:

 

 

“Tərəfin istəyi ilə hətta Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə də müraciət edə bilər. Özəl ekspertlər də rəylərə görə məsuliyyət daşıyırlar və yalan rəyə görə hətta cinayət məsuliyyəti daşıyırlar. Məhkəmədə dindirilə bilərlər.

 

Ekspert rəyləri digər sübutlarla birlikdə qiymətləndirilir. Bir çox ölkələrdə (məsələn, Birləşmiş Krallıq, ABŞ, Almaniya) özəl ekspertiza institutu artıq uzun müddətdir tətbiq olunur. Bu da dövlət qurumlarındakı yüklənməni azaldır, peşəkar rəylər formalaşdırır. Lakin ciddi etik qaydalar və məhkəmə nəzarəti var”.

 

Mələk Hüseynova

#Məhkəmə #ekspertiza #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər