00:00:00
Yazar
Zəhra Həsənova
30.04.2026 22:36 56 2 dəq oxuma
Sosial

Azərbaycanda xarici bank kartı ilə ictimai nəqliyyatda ödəniş mümkün olub

Azərbaycanda xarici bank kartı ilə ictimai nəqliyyatda ödəniş mümkün olub

Azərbaycanda xarici bank kartı ilə də ictimai nəqliyyatda ödəniş etmək imkanı yaradılıb.

 

Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu, turistlərin ölkəyə cəlb edilməsinə ciddi təkan verən bir məsələ deyil: 

 

“Sadəcə olaraq ölkəyə gələn turistlər, qonaqlar və hətta yerli vətəndaşlar üçün daha geniş imkanların yaradılması deməkdir. Hazırda bəzi vətəndaşlarımız xarici ölkələrin bank kartlarını əldə edib istifadə edirlər və ictimai nəqliyyatdan istifadə zamanı həmin kartlardan faydalana biləcəklər. Bu müəyyən mənada turistlərin sayına təsir göstərə bilər, lakin insanlar “Azərbaycanda kartla ödəniş mümkündür” deyə ölkəyə axın etməyəcəklər. Yəni bu, turistləri cəlb edəcək qədər “fantastik” bir yenilik deyil”.


Ekspertin sözlərinə görə, turistlərin rahatlığı, sərbəst hərəkəti və ictimai nəqliyyata çıxışı üçün bu cür imkanların yaradılması vacibdir və dəstəklənməlidir:

 

“Gələcəkdə ictimai nəqliyyatda texnoloji yeniliklərin tətbiqi məsələsinə gəldikdə isə qeyd etmək olar ki, hazırda müzakirə olunan əsas mövzu güzəştli təbəqənin formalaşdırılmasıdır. Yəni bəzi insan qruplarına ictimai nəqliyyatdan güzəştli şəkildə istifadə imkanı verilməsi nəzərdə tutulur. Bu reallaşarsa, çox yaxşı nəticələr verə bilər və ictimai nəqliyyata maraq daha da artar. Xüsusilə, tələbələrin və sosial dəstəyə ehtiyacı olan digər kateqoriyaların bu proqramdan yararlanması vacibdir. Bundan əlavə, məsafəyə görə gediş haqqının müəyyənləşdirilməsi məsələsi də gündəmdədir. Yəni iki dayanacaq gedənlə səkkiz dayanacaq gedən arasında ödəniş baxımından fərq olmalıdır. Bu istiqamətdə də müəyyən addımların atılması nəzərdə tutulur”.

 

Selcan Xudiyeva

#azərbaycan #ictimai #mümkün #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər