"Azərbaycanla fikir ayrılıqları münasibətlərə kölgə salmamalıdır" - Peskov
Almaniya kansleri Fridrix Mertsin Rusiyanın Ukrayna üçün təhlükəsizlik təminatlarının formalaşdırılmasında iştirak etməməli olduğu barədə bəyanatı, Avropa İttifaqının Max messencerinə qarşı tətbiq etdiyi sanksiyalar və Azərbaycanla münasibətlər Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun çərşənbə axşamı keçirdiyi brifinqin əsas mövzuları olub.
Kreml Rusiyanın Azərbaycanla Ukrayna məsələsində fikir ayrılıqlarının olduğunu bildirir: “Yaxın münasibətlərimiz olan və bizim qəti şəkildə razılaşmadığımız mövqeyi bölüşən bir neçə ölkə var. Bəli, bu, fikir ayrılığı yaradan məsələdir. Lakin hesab edirik ki, bu, ikitərəfli münasibətlərimizə kölgə salmaq üçün əsas deyil və biz məsələyə praqmatik yanaşırıq”.
Peskovun deyib: “Biz hesab edirik ki, xüsusilə Azərbaycan kimi bir ölkə ilə münasibətlərimizi bütün mümkün sahələr üzrə inkişaf etdirməyə davam etməliyik”.
TASS
Nuray Əliyeva