00:00:00
Yazar
Admin User
19.07.2023 13:33 324 2 dəq oxuma
Sosial

Azərbaycan cinayətlərin açılmasına görə ilk sıralardadır

Azərbaycan cinayətlərin açılmasına görə ilk sıralardadır

Tez-tez mediada dəhşətli, qandonduran cinayətlərin işləndiyinin şahidi oluruq. Amma əlbəttə ki, bunların heç biri sirli qalmır, əvvəl-axır qatilin kimliyi bilinir, hadisənin üstü açılır. Bütün bunlar isə boş yerə deyil, məhz kriminalistlərin sayəsində həllini tapır. Günümüzün ən sirli peşəsindən- kriminalistikadan bəhs edəcəyik.

 

Qandonduran hadisənin pərdəarxası, illərdir açılmayan cinayətin təfərrüatları.. Bəli, bu cinayətlərin əbəs yerə üstü açılmır. Kriminalistlər belə hadisələrin aşkara çıxarılması üçün gecə-gündüz çalışırlar.

 

Kriminalist Kamil Səlimov: Kriminalistika сinayətin aşkara çıxarılmasını öyrənir. 4 hissəyə bölünür. Bu gün rəqəmsal kriminalistika da inkişaf edir. Məsələn təhlükəsizlik kameraları ilə neçə-neçə cinayətin üstü açılır.

 

Bu gün ölkəmizdə kriminalistika sahəsi davamlı inkişaf edir, müxtəlif tədbirlər görülür. Onlardan biri məhz məhbusların islahı ilə bağlıdır. Kriminalistin bizimlə bölüşdüyü məlumata görə, İlahiyyat institutu və DİN –in birgə fəaliyyəti nəticəsində Azərbaycanda, eləcə də MDB məkanında ilk dəfə olaraq imam Kapelan kurslarının açılması üzərində işlər aparılır. Layihənin əhəmiyyətinə gəlincə:

 

Kriminalist Kamil Səlimov hesab edir ki, məhbuslar üçün ən vacib məsələ məhz islahdır: “Prokurorluqla apardığımız tədqiqata görə, məhbusların 30-35%-nin islahında başlıca bir amil var: din. Ona görə də belə bir layihənin ərsəyə gətirilməsi planlaşdırılır. Cinayətkarların ən çox yanlışlığa yol verdiyi məsələlərdən biri məhz barmaq izi ilə bağlıdır. Məsələn, elə siz də düşünə bilərsiniz ki, bu ağ vərəqdir, üzərində qalan hər hansı bir iz necə görünə bilər ki? Amma kriminalistlər üçün bu iş olduqca asandır”.

 

Biz kriminalistikanın çox cüzi bir hissəsindən danışdıq. Amma deyə və göstərə bilmədiyimiz hələ çox detal var. Onları da bilmək üçün ya bu ixtisası seçməli, ya da çalışanı olmalısınız. Əsas odur ki, siz öyrənən tərəfdə olun. Cinayətin və cinayətkarların qurbanına çevrilməyəsiniz.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər