Azərbaycan - Macarıstan oyununun biletləri satışa çıxarılıb
Futbol üzrə Azərbaycan və Macarıstan yığmaları arasında keçiriləcək yoldaşlıq oyununun biletləri satışa çıxarılıb.
"İnformator.az" "Report"a istinadən xəbər verir ki, biletlər azarkeşlər üçün üç qiymətə təklif olunur.
1-ci kateqoriya 5, 2-ci kateqoriya 2, VİP biletlər 10 manata satışa çıxarılıb.
Qarşılaşmanı izləmək istəyənlər biletləri iTicket.az satış məntəqələrindən əldə edə bilərlər. Qeyd edək ki, görüş iyunun 10-da, saat 20:00-da “Liv Bona Dea Arena”da baş tutacaq.
