00:00:00
Yazar
Admin User
18.05.2025 18:22 240 1 dəq oxuma
İdman

Azərbaycan Premyer Liqasının qalibi mükafatlandırılıb

Azərbaycan Premyer Liqasının qalibi mükafatlandırılıb

Futbol üzrə Misli Premyer Liqasının qalibi olan "Qarabağ" klubu mükafatlandırılıb.

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, tədbir XXXV turda "Kəpəz" ilə oyundan (3:0) sonra "Azərsun Arena"da gerçəkləşib.

 

İlk olaraq oyunçulara medallar təqdim edilib. Ardınca komandaya kubok verilib.

Mükafatları Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev və "Qarabağ"ın prezidenti Tahir Gözəl təqdim edib.

Qeyd edək ki, "Qarabağ" cari mövsümün başa çatmasına 1 tur qalmış 86 xalla turnir cədvəlinə başçılıq edir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər