Azərbaycanda keçiriləcək UFC turnirinin əsas ulduzu Camal Hill Bakıya gəlib
İyunun 21-də Bakı Kristal Zalında keçiriləcək Mütləq Döyüş Çempionatı (UFC) turnirinin əsas döyüşçüsü Camal Hill Azərbaycana gəlib.
"İnformator.az"ın məlumatına görə, UFC-nin yarım ağır çəki dərəcəsində keçmiş çempionu komandası ilə birlikdə artıq ölkəmizdədir.
Qeyd edək ki, Camal Hill “UFC Fight Night”ın əsas döyüşündə Xalil Rauntri ilə üz-üzə gələcək.
