00:00:00
Yazar
Admin User
09.09.2025 15:12 121 1 dəq oxuma
İdman

Azərbaycanı təmsil edəcək güləşçilər bəlli olub

Azərbaycanı təmsil edəcək güləşçilər bəlli olub

Dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər bəlli olub

 

Mövzu ilə bağlı Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musayev bildirib ki, bu yarış ilin ən mötəbər, ən önəmli güləş yarışıdır:

 

"Təbii ki, dünya çempionatında göstərilən nəticələr daha çox diqqət cəlb edir. Bu həm ölkənin güləş nüfuzu baxımından, həm də, idmançıların öz reytinqi baxımından önəmlidir. Komandamız 2023-cü ildə beşinci yerə çıxmışdı. Bu il də, hədəfimiz ilk beşlikdə yer almaqdır və təbii ki, həmin nəticəni daha da yaxşılaşdırmaq istəyirik. Biz 2017-ci ildən bu yana sərbəst güləşdə böyüklər arasında dünya çempionatında qızıl medal qazanmamışıq. Bu il hədəfimiz ən azı bir çəkidə dünya çempionu olmaqdır. Qadın güləşində isə əsas ümidlər Jalə Əliyevayadır. Çünki, o daha öncə böyüklərin dünya çempionatında iştirak edib və daha təcrübəlidir. Digər iki idmançımızın isə dünya çempionatında ilk təcrübəsi olacaq".


Kərimova Türkanə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər