00:00:00
Yazar
Admin User
02.05.2025 15:30 170 1 dəq oxuma
İdman

Azərbaycanlı boksçu Türkiyədə növbəti qələbəsini qazanıb

Azərbaycanlı boksçu Türkiyədə növbəti qələbəsini qazanıb

 

Azərbaycanlı boksçu Alişan İsmayılov İstanbulda keçirilən "Oguz Dövüş Gecesi" turnirində uğurlu çıxışı ilə yadda qalıb.

 

"İnformator.az" "Oxu.Az"a istinadən xəbər verir ki, turnirdə Azərbaycan, Türkiyə və İran təmsilçiləri iştirak ediblər. 57 kq çəki dərəcəsində çıxış edən idmançımız finalda türkiyəli Yusuf Nacarla qarşılaşıb və rəqibini məğlub edərək qızıl medal qazanıb.

 

Qeyd edək ki, Alişan İsmayılov bu ilin fevralında da İstanbulda təşkil olunan KBN kəməri uğrunda döyüşdə qalib gəlmişdi. Beləliklə, o, Türkiyədə ardıcıl ikinci dəfə zəfər sevinci yaşayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər