00:00:00
Yazar
Admin User
14.07.2020 10:18 679 1 dəq oxuma
Sosial

Aztəminatlı ailələrə yardım ediləcək

Aztəminatlı ailələrə yardım ediləcək
Aztəminatlı ailələrə yardım ediləcək

“Gələcəyə Baxış “ Avropaya İnteqrasiya İctimai Birliyi tərəfindən “Koronovirus pandemiyası dövründə aztəminatlı ailələrə birdəfəlik yardımların edilməsi “ adlı layihə keçirilir. Layihənin icrası üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyə yardımı ayırıb.
Bakı şəhərində müxtəlif rayonlarda məskunlaşmış aztəminatlı, tənha, məcburi köçkün və şəhid ailələri üçün nəzərdə tutulmuş ərzaq yardımı paketinə gündəlik zəruri ərzaq məhsulları daxildir.
Layihənin keçirilməsində məqsəd koronovirus COVİD-19 pandemiyası dövründə ehtiyaclı ailələrə yardım göstərmək və onlara dəstək olmaqdır.
Bağlamaların verilməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi mövcud preventiv qaydalara əməl etməklə həyata keçiriləcək.

 
 
#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər