Böyük Britaniya yeni Ukrayna sülhməramlı danışıqlarına ev sahibliyi edəcək
Böyük Britaniyada cümə axşamı "istəklilər koalisiyası"nın yüksək rütbəli hərbi liderlərinin Ukrayna üçün təklif olunan sülhməramlı qüvvələrin planlarını hazırlayarkən qapalı iclası keçiriləcək.
İclasda 20-dən çox ölkənin iştirak edəcəyi gözlənilir. Baş nazir Ser Keir Starmerin cümə axşamı günortadan sonra Britaniyanın növbəti nəsil nüvə silahına malik sualtı qayıqlarından birinin təməlini qoymaq üçün Barrouya edəcəyi ilk səfərdən sonra iclasa qatılacağı bildirilir. Ukraynaya Qərbin rəhbərlik etdiyi sülhməramlı qüvvələrin yaradılması planlarının əməliyyat mərhələsinə keçdiyi qeyd edilir.
İngiltərə və Fransanın rəhbərlik etdiyi "istəklilər koalisiyası"nı təşkil edən dövlətlərin yüksək rütbəli hərbi zabitləri Böyük Britaniyanın Northwood şəhərində yerləşən Daimi Birgə Qərargahında toplaşaraq bu planın praktikada necə həyata keçiriləcəyini müzakirə etməlidirlər.
Mənbə: BBC News
Çimnaz Telmanqızı