Bəzi qüvvələr yeni sentyabr müharibəsi hazırlayır - Paşinyan
Bəzi qüvvələr ağır nəticələrə səbəb olacaq yeni bir sentyabr müharibəsi hazırlayırlar.
"İnformator.az" Unikal-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərlə keçirdiyi brifinqdə deyib.
"Müharibənin tərəfi hər gün daha da aydınlaşır, çünki bu partiyalar və dairələr sülhə qarşı olmadıqlarını deyirlər. İkincisi isə, hakimiyyətə gəldikləri təqdirdə sülhü yenidən nəzərdən keçirməyə başlayacaqları barədə danışmağa başlayırlar. Birbaşa, heç bir bəhanə olmadan demək istəyirəm ki, bu, təkcə Ermənistan Respublikasının ərazisinin deyil, həm də suverenliyinin itirilməsi ilə nəticələnən bir müharibə olar, - deyə o bildirib.
Hökumət başçısı vurğulayıb ki, bəziləri nə dediklərini belə başa düşmürlər: "Dediklərini başa düşməyən qüvvələr və siyasi xadimlər Ermənistan Respublikasında heç bir rəsmi statusa iddia etməməlidirlər.
Həmin qüvvələr sülhün yenidən baxılması mövqeyindən çıxış edir ki, bu da qaçılmaz müharibə deməkdir. Bu, seçkilərdən çox keçmədən, ən geci payızda baş verəcək".
O, lazım gələrsə, adlar çəkə biləcəyini də qeyd edib.