00:00:00
Yazar
Güllər Gülhüseynova
17.03.2026 09:32 16 1 dəq oxuma
Dünya

Bağdadın mərkəzində hotelə dron hücumu olub

Bağdadın mərkəzində hotelə dron hücumu olub

İraqın paytaxtı Bağdadın mərkəzində yerləşən "Al-Rasheed" hoteli dron hücumuna məruz qalıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə xarici mətbuat İraqın təhlükəsizlik xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

 

"Bu axşam (dünən-red) 18 mərtəbəli hotelə dron hücumu nəticəsində yanğın baş verib. Yuxarı mərtəbələrdən tüstü qalxır", - məlumatda bildirilir.

 

İlkin məlumatlara görə, hotelə birbaşa hücum Bağdadın hökumət binalarının və bir çox ölkənin səfirliklərinin yerləşdiyi "Yaşıl zona"da baş verib.

Mənbə bildirib ki, hücum nəticəsində mümkün zərərçəkənlər barədə məlumat verilməyib.

Hücuma görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib, İraq hakimiyyəti istifadə edilən dronların mənşəyini və ya növünü təsdiqləməyib.

#baki #mərkəzində #hücumu #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər