00:00:00
Yazar
Zəri Bayramlı
02.07.2026 15:10 26 1 dəq oxuma
Sosial

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Azərbaycan Dəmir Yolları" QSC (ADY) yay mövsümündə sərnişin tələbatını nəzərə alaraq 6–31 iyul tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.



ADY-dən "İnformator.az"a verilən məlumata görə, qatar bazar ertəsi və çərşənbə günlərində Bakıdan, çərşənbə axşamı və cümə axşamı günlərində isə Ağstafadan yola düşəcək.



"Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz", - məlumatda bildirilir.



Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

#yeni #edilib #bakı–ağstafa–bakı #qatar #reysləri
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər