Bakı-Naxçıvan-Bakı təyyarə reysləri bərpa edilib
Azərbaycan Hava Yolları (AZAL) Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşları bərpa edib.
"İnformator.az" "AZƏRTAC"a istinadən xəbər verir ki, hazırda Naxçıvan Beynəlxalq Hava Limanında Naxçıvandan- Bakıya "J2 252" saylı reyslə yola düşən sərnişinlər qeydiyyatdan keçirlər. Bakıdan çıxan reys bir neçə dəqiqədən sonra Naxçıvan aeroportuna eniş edəcək.
Qeyd edək ki, martın 10-dan etibarən Naxçıvan istiqamətində uçuşlar ştat rejimdə (ənənəvi qaydada) həyata keçirilməyə davam edəcək.