00:00:00
Yazar
Bəsti Nəsibova
15.10.2026 13:52 88 1 dəq oxuma
Sosial

Milli birlik və dövlətçilik hər şeydən üstündür

Milli birlik və dövlətçilik hər şeydən üstündür

Bu gün müxtəlif xarici və daxili qüvvələr dini inanclardan, etnik fərqlərdən və sosial gərginliklərdən istifadə edərək ölkədə sabitliyi pozmağa, Azərbaycanın suverenliyinə xələl gətirməyə cəhd göstərə bilərlər. Belə təxribatlar qarşısında cəmiyyətin birgə, həmrəy və ayıq-sayıq olması olduqca vacibdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında İslam dininə və digər dinlərə hörmətlə yanaşmağın, dini dözümlülüyün və multikultural dəyərlərin qorunmasının vacibliyini dəfələrlə vurğulayıb. Ölkəmizdə fəaliyyət göstərən dini konfessiyalara dövlət dəstəyi, tarixi və mədəni irsimizin qorunması, eləcə də vətəndaşların dini etiqad azadlığının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan, dini mövzulardan siyasi məqsədlər üçün istifadə edilməsi və insanların dini hisslərinin istismar olunması yolverilməzdir.

Azərbaycan xalqı tarix boyu müxtəlif sınaqlardan keçərək öz birliyini, milli kimliyini və dövlətçilik ənənələrini qoruyub saxlayıb. Bu gün də əsas vəzifəmiz cəmiyyətin bütün təbəqələrinin – dindarların, ziyalıların, gənclərin və müxtəlif etnik qrupların nümayəndələrinin – ümumi məqsədlər ətrafında birləşərək ölkəmizin sabitliyini, təhlükəsizliyini və suverenliyini qorumasıdır.

Bu yolda milli həmrəyliyin gücləndirilməsi, dövlətçiliyimizə dəstək göstərilməsi və mümkün təxribatlara qarşı ayıq-sayıq olmaq hər bir vətəndaşın məsuliyyətidir. Unutmamalıyıq ki, ölkəmizin gücü xalqımızın birliyində, qarşılıqlı hörmətində və dövlətimizin ətrafında həmrəy olmasındadır.

“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri Ruhiyyə Məmmədova

#azərbaycan #milli #şeydən #dövlətçilik
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər