00:00:00
Yazar
Admin User
05.07.2025 11:50 199 1 dəq oxuma
İdman

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

 

 

Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) təşkilatçılığı ilə iyulun 11-də avarçəkmə üzrə açıq Bakı çempionatı keçiriləcək.


"İnformator.az" xəbər verir ki, bu barədə AKAF-nin mətbuat xidmətindən məlumat verilib.

 

Yeniyetmə və gənc idmançıların iştirakı ilə baş tutacaq turnirə Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın avarçəkən qatılacaq.

 

Reqlamentə əsasən, açıq Bakı çempionatında idmançılar akademik avarçəkmə və kanoedə 1 nəfərlik qayıqda 500 metr məsafə üzrə mübarizə aparacaqlar.

 

Kayak qayığında isə avarçəkənlər 500 metr məsafədə həm 1 nəfərlik, həm də 2 nəfərlik qayıqda çempionluq uğrunda yarışacaqlar.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər