00:00:00
Yazar
Nərmin Həşimova
20.04.2026 19:42 28 2 dəq oxuma
Sosial

Bakıda nəqliyyat sıxlığı probleminin dərinləşməsinə səbəb nədir?Ekspertdən AÇIQLAMA
 

Bakıda nəqliyyat sıxlığı probleminin dərinləşməsinə səbəb nədir?– Ekspertdən AÇIQLAMA

Paytaxt Bakıda nəqliyyat sıxlığı son illərdə ən aktual problemlərdən birinə çevrilib. Şəhərin sürətli inkişafı, əhali artımı və gündəlik hərəkətin intensivləşməsi mövcud vəziyyəti daha da mürəkkəbləşdirir. Bu səbəbdən şəhərdə səmərəli nəqliyyat sisteminin qurulması mühüm müzakirə mövzusu olaraq qalır.


Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov “İnformator.az”a açıqlamasında bildirib ki, paytaxta gündəlik olaraq ətraf şəhər və qəsəbələrdən təxminən 300 min avtomobil daxil olur, bu da sıxlığın əsas səbəblərindən biridir:


“Bakı həm ərazi, həm də iqtisadi baxımdan böyüyüb, əhalinin sayı artıb. Bununla yanaşı, nəqliyyat vasitələrinə tələbat da yüksəlib. Bu halda sıxlıq qaçılmazdır. Paytaxtın yalnız sənaye və inzibati mərkəz deyil, eyni zamanda turistik şəhər kimi inkişaf etməsi də yükü artırır. İl ərzində təxminən 1-2 milyon turist Bakıya səfər edir. Bu da nəqliyyat sisteminə əlavə təzyiq yaradır. Problemin dərinləşməsində əsas amillərdən biri şəhərsalma sahəsində mövcud nöqsanlardır. Bu gün tikilən yaşayış və qeyri-yaşayış obyektlərində parklanma yerləri ya nəzərə alınmır, ya da yetərsiz olur. Nəticədə sakinlər və obyekt istifadəçiləri avtomobillərini yol kənarlarında və səkilərdə saxlamağa məcbur qalır, bu da sıxlığı artırır”.


Ekspert vurğulayıb ki, bəzi hallarda vəziyyət daha kritik xarakter alır:


“Bakı şəhərində avtomobil yollarının üzərində yaşayış binaları tikilir, daha sonra həmin ərazilərdə klinikalar fəaliyyətə başlayır. Lakin bu obyektlərin nə qarajı, nə də parklanma sahəsi olur. Hətta təcili tibbi yardım maşınları belə səkilərdə saxlanılır. Bu problemlər aradan qaldırılmadan nəqliyyat sıxlığını həll etmək mümkün deyil. Tikinti proseslərinə ciddi nəzarət olunmalıdır. Şəhər ərazisində tikilən hər bir obyekt üçün mütləq parklanma yerləri və nəqliyyatın giriş-çıxış imkanları təmin edilməlidir. Xüsusilə Nərimanov rayonu ərazisində bu kimi problemlərlə bağlı şikayətlər daha çoxdur. Əhməd Rəcəbli küçəsi ətrafında yaşayan sakinlər bildirirlər ki, yeni tikilən obyektlərin ziyarətçiləri avtomobillərini məhəllələrdə saxlayır, bu da sakinlərin hərəkətinə ciddi maneə yaradır”.



Mehriban Yariyeva

#nəqliyyat #sıxlıq #problem #bakı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər