Balinaların mahnı oxuduğunu kəşf edən adam vəfat etdi
Bioloq və ekoloq Peyn Vermontdakı evində dünyasını dəyişib.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, 1935-ci ildə Nyu-Yorkda anadan olan Peyn donqar balinalar üzrə ixtisaslaşıb. Bioakustika sahəsində çalışıb və bu məməlilərin çıxardığı səslərin öyrənilməsi ilə məşğul olub.
Onun bioakustika sahəsində araşdırmaları Kanadanın Fundi körfəzində donqar balinaların mahnılarını yazmağa başladığı vaxta təsadüf edir. Bu qeydlər balinaların ritmik nümunələri təkrarladığı mürəkkəb musiqi quruluşunu göstərirdi.
