"Başakşehir" Philippe Keny ilə yollarını ayırıb
"RAMS Başakşehir", Philippe Keny ilə yollarını ayırdığını açıqlayıb.
"Narıncı-göy" klubdan verilən açıqlamada belə deyilir: “Formamız altında üç mövsüm boyunca uğurla çıxış edən Philippe Keny'nin müqaviləsi başa çatıb. Oyunçuya klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, karyerasının qalan hissəsində uğurlar arzulayırıq".
26 yaşlı ötən oyunçu mövsüm "RAMS Başakşehir" heyətində 37 oyuna çıxaraq 5 qol vurub.
Mənbə: TRT Haber
Nigar Həsənzadə
