00:00:00
Yazar
Admin User
31.05.2023 13:37 278 1 dəq oxuma
Dünya

Başqırdıstanda güclü meşə yanğını başladı

Başqırdıstanda güclü meşə yanğını başladı
Rusiya Federasiyasının Qazaxıstanla sərhəddində, Başqırdıstan Respublikasında meşə yanğını baş verib.
 
İnformator.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 
 
Bildirilib ki, yanğınla mübarizə qrupları yanğını söndürməyi davam etdirir.
 
Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamada yanğının mayın 28-də başladığı bildirilib.
 
Yanğınsöndürən helikopterlər əraziyə 87 ton su ilə müdaxilə edib. Müdaxilədə 53 yanğınsöndürən iştirak etdiyi halda, onlara 300 rayon sakini də qoşulub.
#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər