00:00:00
Yazar
Admin User
18.12.2025 16:05 79 1 dəq oxuma
Dünya

Bayden demişdi ki, Ukrayna NATO-da olmayacaq

Bayden demişdi ki, Ukrayna NATO-da olmayacaq

 

Ukraynanın NATO-ya qoşulmayacağını ABŞ-nin keçmiş prezidenti Co Bayden münaqişə başlamazdan əvvəl də bildirib. 


"İnformator.az" xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Brüsseldə keçirilən mətbuat konfransında deyib.

 

"Münaqişə başlamazdan əvvəl Co Bayden mənə birbaşa Ukraynanın NATO-ya qoşulmayacağını dedi", - Zelenski bildirib.


Zelenskinin sözlərinə görə, o, Ağ Evdə dəfələrlə bu məsələni qaldırıb və bu, Amerika rəsmilərinin üzündə təbəssüm yaradıb. Zelenski həmçinin qeyd edib ki, ABŞ-ın bu məsələ ilə bağlı mövqeyi dəyişməyib, lakin o, gələcəkdə nəyinsə dəyişə biləcəyinə inanır.


O, Ukrayna Konstitusiyasından NATO ilə bağlı müvafiq bəndin çıxarılmasına ehtiyac görməyib

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər