00:00:00
Yazar
Admin User
16.06.2025 07:14 207 1 dəq oxuma
İdman

"Bayern Munich" nin futbolçusu tarixə düşüb

"Bayern Munich" nin futbolçusu tarixə düşüb

Almaniyanın "Bayern Munich" klubunun futbolçusu Camal Musiala klublararsı dünya çempionatında Yeni Zelandiya təmsilçisi "Oklend Siti" ilə (10:0) matçdan sonra yarışın tarixinə düşüb.

 

"İnformator.az" xarici KİV-ə istinadən xəbər verir ki, o, klublararası dünya çempionatının yenilənmiş formatında ilk het-trik müəllifi olub.

 

Musiala həmçinin, yarış tarixində bunu reallaşdıran üçüncü futbolçu ünvanına sahib çıxıb.

 

Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçiyə qədər Portuqaliya yığmasının üzvü Kriştianu Ronaldu və Uels millisinin sabiq futbolçusu Qaret Beyl klublararası dünya çempionatında bir oyunda üç qola imza atmağı bacarıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər