00:00:00
Yazar
Zeynəb Yunuszadə
28.04.2026 18:42 18 1 dəq oxuma
Sosial

BDU-da mediada uşaq hüquqlarının müdafiəsinə həsr olunan tədbir keçirilib

 

BDU-da mediada uşaq hüquqlarının müdafiəsinə həsr olunan tədbir keçirilib

"İnformator.az" xəbər verir ki, bu gün Bakı Dövlət Universitetində “Mediada uşaq hüquqlarının müdafiəsi: Hüquqi və etik yanaşmalar” mövzusunda tədbir keçirilib.

 

Audiovizual Şura sədrinin köməkçisi Haşim Əliməmmədzadə çıxış edərək qurumun həyata keçirdiyi işlər, uşaqların hüquqlarının qorunması və onların zərərli informasiyadan müdafiəsi istiqamətində görülən tədbirlər barədə məlumat verib.

 

Tədbir universitet tələbələri üçün təşkil olunub və əsas məqsəd mediada uşaqlarla bağlı mövzuların işıqlandırılması zamanı hüquqi və etik məsələlərə diqqət yetirilməsidir.

 

Tədbir çərçivəsində uşaq hüquqlarının qorunması ilə bağlı ümumi prinsiplər, bu sahədə mövcud yanaşmalar və medianın məsuliyyəti barədə məlumat verilib. Eyni zamanda, uşaqlarla bağlı xəbərlərin hazırlanması zamanı diqqət yetirilməli məqamlar müzakirə olunub.

 

Tədbirdə iştirak edən tələbələr mövzu ilə bağlı həm nəzəri, həm də praktik baxımdan məlumatlandırılıblar. Müzakirələr zamanı mediada bu istiqamətdə rast gəlinən ümumi problemlərə də toxunulub.

 

Qeyd edək ki, bu cür tədbirlərin keçirilməsi gələcək jurnalistlərin peşə fəaliyyətində daha məsuliyyətli yanaşmanın formalaşdırılması baxımından əhəmiyyətli hesab olunur.

#bdu-da #həsr #müdafiəsinə #xəbər #mediada
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər