Belçika 6 milyon doza Kovid peyvəndini məhv edəcək
Belçika 6 milyon doza Kovid-19 peyvəndinin artıq təsirsiz olacağı səbəbiylə məhv ediləcəyi bildirilib.
İnformator.az NTV-yə istinadən xəbər verir ki, Səhiyyə naziri Frank Vandenbrouk parlament iclasında ölkənin 15,3 milyon doza vaksin ehtiyatı olduğunu deyib. Virusun Omikrona qarşı hazırlanmış peyvəndlərin daha təsirli olduğunu vurğulayan Vandenbrouk ilkin peyvəndlərin məhv ediləcəyini bildirib.
Qeyd edək ki, Belçika hökuməti ötən ilin aprel ayında Kovid-19 epidemiyası zamanı tədarük edilən 98,5 milyon avroluq maska, test və dərmanı yararlılıq müddətinin bitdiyi və ya keyfiyyətinin pis olduğu səbəbilə məhv edib. 2022-ci ilin iyul ayında isə 1,3 milyon doza peyvəndin məhv edildiyi açıqlanıb.
