Belçikada ilk dəfə futbola qadın rəhbərlik edəcək
2022-ci ildə Qətərdə keçirilən futbol üzrə dünya çempionatından sonra təlatümlü dövr yaşayan Belçika Futbol Federasiyasının prezidenti postuna ölkə tarixində ilk dəfə olaraq qadın təyin edilib.
İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, Federasiyanın direktorlar şurası əvvəlki prezident Pol Van den Bulkun istefasından sonra Paskal Van Dammı prezident təyin edib. Van Damm isə federasiya rəhbərliyinin onunla yeni səhifə açmaq qərarından məmnun olduğunu bildirib.
Paskal Van Damm əvvəllər İT sənayesində menecer vəzifəsində çalışıb. Bəzi beynəlxalq texnoloji şirkətlərdə çalışan Van Dammın federasiyanın prezident seçkilərinə qədər vəzifəsində qalacağı qeyd edilib.
