00:00:00
Yazar
Admin User
31.05.2025 19:09 265 1 dəq oxuma
İdman

Berezutski "Qarabağ"a qalib gəlməsindən danışıb

Berezutski "Qarabağ"a qalib gəlməsindən danışıb

""Qarabağ" əla komandadır. Çox maraqlı oyun keçdi. Futbolçularıma, komandamızın qalib gələcəyinə inanırdım".

 

"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Kubokunun finalında "Qarabağ"ı 3:2 hesabı ilə üstələdikləri oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

 

Rusiyalı mütəxəssis komandadakı gələcəyi ilə bağlı verilən suala belə cavab verib:

"Gələcək barədə indidən danışmaq üçün tezdir, nəsə demək düzgün olmaz. Sonda hər şey bəlli olacaq. Klub rəhbərliyi ilə bu barədə danışacağıq".

 

Qeyd edək ki, kubokun qalibi olan "Sabah" növbəti mövsüm Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər