Beyonsun konserti üçün evsizlər otellərdən çıxarılır
İngiltərənin paytaxtı Londonun şimalında yerləşən Travelodge otel şəbəkəsində qalan evsiz ailələr yerli bələdiyyə rezervasiya müddətini uzatmadığı üçün ayın sonunda keçiriləcək Beyons konsertləri öncəsi otaqlarından çıxarılacaq.
İnformator.az The Guardian-ın eksklüziv hesabatına əsasən xəbər verir ki, Beyonsun Londonda Renessans dünya turu zamanı 30-a qədər ailənin köçürüləcəyi açıqlanıb. Çünki onların otaqları artıq başqaları tərəfindən sifariş edilib.
Beyonsun mayın 29-dan iyunun 4-dək otelin yaxınlığındakı Tottenham Hotspur stadionunda beş gecə konsert verməsi planlaşdırılır.
