Billi Eyliş: "Hisslərimi çox incidir"
21-ci əsrdə doğulub Oskar qazanan ilk şəxs olan amerikalı müğənni Billi Eyliş haqqında olan gizli məqamları pərəstişkarları ilə bölüşüb.
İnformator.az Habertürk-ə istinadən xəbər verir ki, səmimi açıqlamalar verən Eyliş davamlı olaraq bədəni haqqında deyilən şərhlərə münasibəy bildirib. Ulduz “Mən gənc olsaydım, məsələn, 11 yaşımda internetdə mənim haqqımda danışılsaydı, düzünü desəm, var olacağımı düşünmürəm” deyə bildirib.
"Mən indi özümü əvvəlkindən daha çox sevirəm və onların necə düşündüyündən daha çox özümü necə hiss etdiyimə önəm verirəm. Lakin bu, yenə də hisslərimi çox incidir" deyə Eyliş vurğulayıb. O, həyatının çox hissəsini kişi və uşaqcasına keçirdiyini, lakin son bir neçə ildə özünə istədiyi kimi geyinməyə icazə verdiyini bildirib: "Mən hər zaman bir erkək Fatma olduğumu hər kəsə sübut etmək məcburiyyətində deyiləm. Mən beləyəm, amma həm də bu cür qızam. Mən qadınam, eyni zamanda cazibədaram və özüməm".
