Bir həftə ərzində Kiyevə ikinci Rusiya zərbələri: 11 nəfər ölüb
Rusiya son bir həftə ərzində Kiyevə ikinci dəfə kütləvi zərbə endirib. Şəhər hərbi administrasiyasının məlumatına görə, hücum nəticəsində azı 11 nəfər həlak olub, 46 nəfər yaralanıb, onlardan beşi uşaqdır.
Kiyev və ətraf bölgələrdə yaşayış binaları raketlərlə vurulub, bir neçə çoxmərtəbəli bina qismən dağılıb, xilasetmə işləri 20-dən çox ünvanda davam edir.
Zərbələr NATO-nun Türkiyədə keçiriləcək sammiti ərəfəsində baş verib və Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl Kiyevə yeni “kütləvi hücum” olacağı barədə xəbərdarlıq etmişdi. Ukrayna mülki obyektlərin hədəfə alındığını bildirir, Rusiya isə hücumların Ukraynanın öz ərazisinə etdiyi zərbələrə cavab olduğunu iddia edir.
BBC News
Mələk Hüseynova