00:00:00
Yazar
Banuçiçək Məmmədova
24.02.2026 20:54 13 1 dəq oxuma
Sosial

“Bir zəng-bir tələ”: Süni zənglər və saxta SMS-lərdən necə qorunmalı?

“Bir zəng-bir tələ”: Süni zənglər və saxta SMS-lərdən necə qorunmalı?

Son dövrlər vətəndaşlara xarici nömrələrdən gələn zənglər və bank adından göndərilən saxta SMS-lər sürətlə artıb. Kiberdələduzlar özlərini bank əməkdaşı, mobil operator nümayəndəsi, hətta dövlət qurumu kimi təqdim edərək insanlardan kart məlumatlarını, OTP kodlarını və şəxsi məlumatları əldə etməyə çalışırlar.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında marketinq və süni intellekt alətləri istifadəsi üzrə təlimçi Abdulla Abdullayev bildirib ki, xüsusilə xarici nömrələrdən gələn zənglər, bank adından yazılan mesajlar çoxalıb:

 

“İnsanlara deyirlər ki, kartınızdan şübhəli əməliyyat var, hesabınız bloklanıb, təcili OTP kodu deyin. Süni intellekt inkişaf etdikcə dələduzluq üsulları da inkişaf edir. Ən yayılan üsullar bunlardır: Özlərini bank əməkdaşı kimi təqdim edirlər, kartınız bloklanıb deyib saxta link göndərirlər, xarici nömrədən zəng edib geri zəng etməyə məcbur edirlər, Dövlət qurumu adı çəkib qorxu yaradırlar. Burada əsas taktika psixologiyadır. Zəng edilən şəxsi tələsdirmək istəyirlər ki, düşünməyə vaxtı olmasın. Dərhal bankın rəsmi nömrəsinə zəng etmək lazımdır. Kartı bloklatdırmaq, şifrələri dəyişmək, mobil tətbiqdən çıxışları yoxlamaq lazımdır. Bu mövzuda ən əsas məqamlardan biri də rəqəmsal savadlılıqdır. Banklar və finans təşkilatları bu mövzuda marifləndirici materiallarının sayını artırması önəmlidir”.

 

Banuçiçək Məmmədova

#süni #azərbaycan #baki #qorunmalı?
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər