00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
09.10.2026 20:51 46 2 dəq oxuma
Siyasət

Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb

Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb

Son on ildə neft istehsalını iki dəfə artırmağı bacaran Birləşmiş Ştatlar artıq təkcə öz ehtiyaclarını ödəyən ölkə deyil, həm də dünyaya hər gün milyonlarla barel neft satan əsas güc mərkəzidir. Bu böyük dəyişikliyin arxasında isə yeni texnologiyalar sayəsində dərin qatlardan neft çıxarmağın asanlaşması və ucuzlaşması dayanır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki ABŞ uzun müddətdir neft hasilatında lider dövlətə çevrilib və son ildə bunu bacarıb:

“ABŞ uzun müddətdir ki, dünyada neft hasilatında lider dövlətə çevrilib və son 10 ildə bunu bacarıb. 10 il bundan qabaqkından indiki hasilat iki dəfə artıqdır. Və buna nail olmaq üçün slans bomu yaşanıb. Yeni texnologiyaların yerin dərin qatlarından slans neftinin, yəni qaya neftinin hasil olunması ucuzlaşıb. Əvvəl çox baha idi, sərf eləmirdi, indi sərf eləyir. Avadanlıqlar, texnologiyalar, yeni metodologiya tətbiq olunmağa başlanıb. Və bu Amerika üçün pozitivdir təbii ki, çünki Amerika neft idxalçısından neft ixracatçısına çevrilib. İndi Amerika hər gün demək olar ki, 3 milyonla 5 milyon barel arası neft və neft məhsulları sata bilir dünyaya, əsasən də Avropaya. Yəni bu nöqteyi-nəzərdən baxanda Amerikada yaşanan neft bomu Amerikanın avtonom şəkildə neft bazarına təsir imkanlarını da artırıb. Həm Venesuela neftinə nəzarət etməsi, Kanada neftinin Amerika üzərindən satılması, Amerikanın öz istehsalı və hasilatı, bütün bunlar Amerikanı əsas neft oyunçularından birinə çevirib. Yəni bu nöqteyi-nəzərdən yeni texnologiyaların və yataqların işlənilməsi Amerikanı gələcəkdə də neft bazarında dominant mövqelərdə qalmasına səbəb yaradan şərtlərdir”.

 

Əsmər Məmmədzadə

#birləşmiş #yeni #xəbər #azərbaycan #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər