Blinkendən İran açıqlaması: bütün şərtlər müzakirədə
ABŞ dövlət katibi Entoni Blinken Amerika İsrail İctimai Əlaqələr Komitəsinin ABŞ-ın paytaxtı Vaşinqtonda təşkil etdiyi tədbirdə iştirak edib.
İnformator.az CNN-ə istinadən xəbər verir ki, tədbirdəki çıxışında Blinken ABŞ-ın həm İsrailin təhlükəsizliyinə, həm də İsrail-Fələstin münaqişəsinin iki dövlətli həllinə sadiq qalacağına söz verib. İsrail tərəfindən işğal olunmuş İordan çayının qərb sahilini ilhaq edəcək və ya ölkədə status-kvonu pozacaq deyə xəbərdarlıq edib.
“İordan çayının qərb sahilinin de-fakto və ya de-yure ilhaqı istiqamətində atılan hər hansı addım, müqəddəs yerlərdə tarixi status-kvonun pisləşməsi, evlərin sökülməsi və orada nəsillər boyu yaşamış ailələrin köçürülməsi ölkənin gələcəyinə zərbə vurur. Bu, həm də bütün insanların layiq olduğu ləyaqətli həyat hüququnu pozur”, - deyə Blinken bildirib.
İsrailin bir nömrəli düşməni İranın nüvə silahı əldə etməməsi üçün bütün variantların masada olduğunu bildirən Blinken ABŞ-ın Yaxın Şərqdə təhlükəsizlik, sabitlik və rifahı artırmaq üçün İsrailin bölgəyə inteqrasiyasına kömək etməyə davam edəcəyini qeyd edib. Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşmasının vacibliyini vurğulayan Blinken "ABŞ-ın İsrail və Səudiyyə Ərəbistanı arasında normallaşmaya dəstək verməkdə əsl milli təhlükəsizlik marağı var", - deyə qeyd edib.
İsraildə həftələrdir etiraz edilən məhkəmə islahatına toxunan Blinken “Güclərin bölünməsi, nəzarət və tarazlıq və bütün İsrail vətəndaşları üçün ədalət mühakiməsinin bərabər şəkildə idarə olunması da daxil olmaqla, fundamental demokratik prinsiplərə dəstəyimizi ifadə etməyə davam edəcəyik",- deyə xüsusi vurğulayıb.
Fatimə Mustafayeva
