00:00:00
Yazar
Admin User
13.06.2023 17:32 300 1 dəq oxuma
Dünya

BMT: Mülki şəxslər üçün Ukrayna və Rusiya ilə əməkdaşlık edirik

BMT: Mülki şəxslər üçün Ukrayna və Rusiya ilə əməkdaşlık edirik

“BMT Ukrayna və Rusiya hökumətləri ilə Kaxovka bəndinin dağıdılması nəticəsində zərər çəkmiş bütün mülki şəxslərə çıxışı təmin etmək üçün əməkdaşlıq edib".

 

İnformator.az CNN-ə istinadən xəbər verir ki, BMT-nin Ukrayna üzrə Humanitar Yardım koordinatoru Denis Braun bu gün verdiyi açıqlamada bildiirb. O, Rusiyanın hələ də Oleşki də daxil olmaqla, Dnepr çayının sol sahilinə qədər cəbhə xəttini keçmək üçün lazım olan təhlükəsizlik zəmanətini vermədiyini də əlavə edib:

 

"Bu zəmanətlər komandamızın təhlükəsizliyi üçün vacib olmaqla yanaşı, xidmət etmək niyyətində olduğumuz şəxslər üçün əlavə risklər yaratmı".

 

Xanım Denis BMT-nin Ukraynanın nəzarətində olan ərazilərdə xilasedici yardım göstərməyə davam edəcəklərini və daşqınlar nəticəsində qapalı ərazilərdə təcili yardıma ehtiyacı olan hər kəsə yetişməyə cəhd edəcəklərini qeyd edib.

 

Sayad

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər