00:00:00
Yazar
Admin User
13.06.2023 16:06 297 1 dəq oxuma
Dünya

BMT-nin süni intellektlə bağlı növbəti XƏBƏRDARLIĞI

BMT-nin süni intellektlə bağlı növbəti XƏBƏRDARLIĞI

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş rəqəmsal məkanda nifrət və yalanın yayılmasının ciddi qlobal zərərə səbəb olduğunu deyib.

 

İnformator.az CNN-ə istinadən xəbər verir ki, Quterreş hökumətləri, texnologiya şirkətlərini və digər maraqlı tərəfləri tədbir görməyə çağırıb. Rəqəmsal platformalarla bağlı keçirilən mətbuat konfransında Quterreş rəqəmsal dünyada dezinformasiyanın dağıdıcı təsir göstərdiyini bildirib.

 

O, BMT-nin rəqəmsal platformalarda informasiya bütövlüyü ilə bağlı təqdim etdiyi hesabatın beynəlxalq reaksiya üçün çərçivə yaratdığına diqqət çəkib.

 

Aydan

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər