BMT-nin tənqid olunan açıqlaması: Quterreş Cenin hücumunu qınamadı
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres İsrailin Ceninə hücumuna "Bütün hərbi əməliyyatlar beynəlxalq humanitar hüquqa tam hörmətlə aparılmalıdır" şəklində münasibət bildirib.
İnformator.az CNN Türk-ə istinadən xəbər verir ki, İsrail qüvvələrinin işğal altında olan İordan çayının qərb sahilindəki Cenin şəhərinə hava hücumundan sonra yazılı şəkildə açıqlama verən BMT-nin baş katibi Antonio Quterreş İsrailin hücumlarını pisləməyib. Onun bu münasibəti dünya ictimaiyyətinin tənqidinə səbəb olub.
Qeyd edək ki, İsrail qüvvələrinin Cenin şəhərinə təşkil etdiyi hücumlar zamanı 20-si ağır olmaqla, 8 nəfər həyatını itirib, 100 nəfər isə yaralanıb. İordan çayının qərb sahilində yerləşən Əl-Bire şəhərində İsrail əsgərlərinin açdığı atəş nəticəsində başından güllə yarası alan bir fələstinli həyatını itirib.
Fatimə Mustafayeva
