00:00:00
Yazar
Güllər Gülhüseynova
21.03.2026 09:19 8 1 dəq oxuma
Dünya

BMT Sülh Şurası ilə fəal əməkdaşlıq edir

BMT Sülh Şurası ilə fəal əməkdaşlıq edir

BMT, Qəzza zolağında sülhün nizamlanması çərçivəsində ABŞ-ın təşəbbüsü ilə yaradılmış Sülh Şurası ilə fəal əməkdaşlıq edir.

 

"İnformator.az" xəbər verir ki, bunu dünya təşkilatının Baş katibi Antonio Quterreş "Politico" qəzetinin Avropa nəşrinə verdiyi müsahibədə bildirib.

 

BMT-nin Baş katibi Sülh Şurasının Fələstin anklavının yenidən qurulması planını alqışlayıb.

 

"Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş konkret bir məqsəd var (2803 saylı qətnamədə - Qeyd) və biz Sülh Şurası tərəfindən yaradılmış strukturlarla fəal şəkildə əməkdaşlıq edirik", - deyə o bildirib.

 

Quterreş hesab edir ki, Sülh Şurası ABŞ prezidenti Donald Trampın "şəxsi layihəsi"dir və yeni təşkilatın səlahiyyətləri Qəzza zolağının yenidən qurulması planından kənara çıxmamalıdır.

 

Qeyd edək ki, fevralın 19-da Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində Sülh Şurasının ilk iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə iclasda iştirak edib.

 

İclasın sonunda Sülh Şurasının maliyyə intizamı və şəffaflığı prinsipləri haqqında qətnamə imzalanıb.

 

Sülh Şurası İsrail və radikal Fələstin HƏMAS hərəkatı arasında Qəzzanı idarə etmək üçün əldə edilən razılaşmaya uyğun olaraq yaradılıb, lakin onun digər bölgələrdəki münaqişələrin qarşısını almaq və həll etmək üçün də çalışacağı gözlənilir.

#azərbaycan #xəbər #edir #fəal #əməkdaşlıq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər