BMT: Türkiyədə qaçqınların sayı ötən il azalıb
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) məlumatına görə, 2022-ci ilin sonunda Türkiyədə sığınacaq axtaranların sayında 5 faiz azalma müşahidə olunub.
İnformator.az BBC-yə istinadən xəbər verir ki, BMT QAK dünyada məcburi köçkünləri araşdıran Qlobal Trendlər hesabatının 2022-ci il nəticələrini paylaşıb.
Hesabata görə, 2022-ci ilin sonuna qədər dünyada məcburi köçkünlərin sayı 108 milyonu ötüb.
