00:00:00
Yazar
Admin User
16.05.2023 13:09 285 1 dəq oxuma
Dünya

BMT tarixində bir ilk - qadın baş direktor seçildi

BMT tarixində bir ilk - qadın baş direktor seçildi

İsveçrənin Cenevrə şəhərində keçirilən Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Şurasının 6-cı xüsusi sessiyasında Amy Pope-nin növbəti baş direktor seçildiyi elan olunub.

 

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, dünən BMqT-dən verilən yazılı açıqlamaya görə, quruma rəhbərlik edən ilk qadın olan Pope 2023-cü il oktyabrın 1-dən beş il müddətinə baş direktor vəzifəsini icra edəcək.

 

Qeyd edək ki, 2021-ci ilin sentyabrında BMqT-nin İdarəetmə və İslahatlar üzrə İcraçı Vitse-prezidenti vəzifəsinə başlayan Pope ABŞ tərəfindən baş direktor vəzifəsinə namizəd göstərilib.

 

Fatima

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər