00:00:00
Yazar
Admin User
22.05.2023 18:55 282 1 dəq oxuma
Dünya

BMT: Vəba 43 ölkədə 1 milyard insanı təhdid edir

BMT: Vəba 43 ölkədə 1 milyard insanı təhdid edir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondunun (UNICEF) verdiyi açıqlamada bir çox ölkənin vəba epidemiyası ilə üzləşdiyi bildiriib.

 

İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, açıqlamada vəba epidemiyası ilə bağlı vəziyyətin 10 il əvvəlkindən daha pis olduğu bildirilib. 43 ölkədə bir milyard insanın vəba riski altında olduğu qeyd edilən açıqlamada, xüsusilə 5 yaşdan kiçik uşaqlarda bu riskin çox daha yüksək olduğu vurğulanıb.

 

Açıqlamada qeyd olunub ki, vəbadan ölüm hallarında ciddi artım müşahidə olunur. Bu il Malavi və Nigeriyada yoluxma sayının gözləniləndən çox olduğu ifadə edilən açıqlamada Malavi, Mozambik, Cənubi Afrika, Tanzaniya, Zambiya və Zimbabvedə yayılan infeksiyaların Cənub-Şərqi Afrikanı ciddi şəkildə təhdid etdiyi bildirilib.

 

Qeyd edək ki, bu ilin fevral-mart aylarında Freddi qasırğası Malavi və Mozambikdə 800 min insanın məcburi köçkün olmasına və səhiyyə xidmətlərindən istifadə edə bilməməsinə səbəb olub.

 

ÜST-nin qlobal vəba reaksiyası üzrə direktoru Henri Qrey qeyd edib ki, vəba hadisələri mövsümi olaraq dəyişə və daha çox arta bilər. UNİCEF ilə sıx əməkdaşlıqda çalışdıqlarını ifadə edən Qrey 2025-ci ilə qədər peyvənd dozalarını ikiqat artırmalı olduqlarını söyləyib.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər